Adigenidə təbii fəlakət-VİDEO

Jul 24, 2026 - 13:45
 0  20

Adigeni bələdiyyəsinin Qomaro kəndində torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində yaşayış evlərinə ziyan dəyib, həyətlər daş və çınqıl qatları ilə örtülüb. Yerli sakinlərin sözlərinə görə, fəlakətə təxminən 15 dəqiqə davam edən şiddətli yağış səbəb olub.

XEBER.GE  xəbər verir ki, kənd sakinləri artıq iki ildir ki, bu təhlükə barədə xəbərdarlıq etdiklərini və müdafiə bəndlərinin tikilməsini tələb etdiklərini bildirirlər.

Kənd əhalisinin sözlərinə görə, hər güclü yağış Qomaro kəndi üçün ciddi təhlükəyə və problemə çevrilir:

Sakinlər bildirirlər ki, müvafiq önləyici tədbirlər və müdafiə bəndləri quraşdırılmadığı üçün hər yağışda oxşar mənzərə təkrarlanır.

Sürüşmə nəticəsində gələn torpaq və daş kütləsi evlərə və təsərrüfatlara ziyan vurub.

Hazırda fəlakət bölgəsində təmizləmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir. Əraziyə texnika cəlb olunub və kənddəki daş-torpaq qatının təmizlənməsi üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.