Tbilisidə dəhşətli qəza: Maşın yoldan aşıb yuvarlandı

Mar 29, 2026 - 18:57
 0  8
Tbilisidə dəhşətli qəza: Maşın yoldan aşıb yuvarlandı

Tbilisidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xəbər verir ki, hadisə Vaşlicvri qəsəbəsinə dönən yolun yaxınlığında qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobilin idarəetmədən çıxaraq yoldan aşağı yuvarlandığı əks olunub. Şahidlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi ciddi zədələnib.

Daxili İşlər Nazirliyindən "PrimeTime" nəşrinə verilən rəsmi məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə əlavə məlumat verilmir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Yol hərəkəti və ya istismar qaydalarının pozulması) ilə araşdırma başladılıb. Hazırda qəzanın baş vermə səbəbləri və sürücünün sərxoş olub-olmadığı müstəntiqlər tərəfindən araşdırılır.