Gürcüstanda hava kəskin pisləşir: Yollar bağlana bilər – XƏBƏRDARLIQ

Mar 29, 2026 - 19:07
 0  10
Gürcüstanda hava kəskin pisləşir: Yollar bağlana bilər – XƏBƏRDARLIQ

Gürcüstan Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq yayıb.

Xeber.ge xeber  verir ki, məlumata görə, martın 30-dan 31-i səhər saatlarınadək ölkədə fasilələrlə yağıntılı hava müşahidə olunacaq, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir.

Güclü külək, duman və çovğun səbəbindən magistral yolların bəzi hissələrində hərəkətin məhdudlaşdırılması ehtimalı var.

Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi mövcuddur.

Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Dağlıq və dağətəyi zonalarda sürüşmə və sel proseslərinin aktivləşməsi mümkündür (təhlükə səviyyəsi – orta).

Mütəxəssislər sürücülərə və sakinlərə ehtiyatlı olmağı tövsiyə edir.