Parisdə ABŞ bankını partlatmaq istədilər

Mar 29, 2026 - 19:33
 0  2
Parisdə ABŞ bankını partlatmaq istədilər

Fransa polisi Parisdə "Bank of America" qərargahı yaxınlığında partlayış törətmək cəhdinin qarşısını alıb.

Xeber.ge xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, cinayətdə iki nəfər şübhəli bilinir: biri hadisə yerində yaxalanıb, digəri qaçmağa müvəffəq olub.

Qeyd olunub ki, Fransanın daxili işlər naziri Loran Nunyes bu hadisə ilə Yaxın Şərqdəki müharibə arasında birbaşa əlaqə olduğunu düşünür.

Saxlanılan 17 yaşlı Seneqal vətəndaşı dindirmə zamanı "Snapchat" sosial şəbəkəsi vasitəsilə prosesə cəlb olunduğunu və ona tapşırığı yerinə yetirmək üçün 600 avro təklif edildiyini bildirib.

mənbə: axar,az