Honq-Konqa uçan təyyarə yandı - Sərnişinlər təxliyə edilib-Video
Koreyanın Busan hava limanında sərnişin təyyarəsi yanıb.
Xeber.ge xəbər verir ki,
Belə ki, Busan Beynəlxalq Hava Limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsinin quyruğu yerli vaxtla saat 22:30-da havaya qalxmazdan əvvəl yanıb. Təyyarədə olan 169 sərnişin və yeddi ekipaj üzvü təxliyə edilib.
Təyyarənin quyruğunda başlayan yanğın, yayımlanan görüntülərə görə, bütün gövdəyə yayılıb.
mənbə: qafqazinfo.az