Abxaziya sakinləri ABŞ-yə birləşmək istəyirlər

Abxaziya sakinləri ABŞ-yə birləşmək istəyirlər.
Bu barədə Rusiya mediası məlumat yayıb.
ABŞ-nin keçmiş prezidenti Donald Trump-ın Qrenlandiyanın ABŞ-yə qoşulması ilə bağlı açıqlamalarından sonra Abxaziya sakinləri də oxşar istəyini dilə gətiriblər. Lakin Qrenlandiyadan fərqli olaraq abxazlar yalnız ABŞ-nin himayəsinə keçməyi deyil, həm də öz ölkələrini yüksək məbləğ qarşılığında satmağı planlaşdırır. Bu satışdan əldə olunan vəsaitin hər bir sakinə dollar şəklində paylanması təklif edilir.
Bildirilir ki, abxazların narazılığı onların siyasi və iqtisadi vəziyyətindən qaynaqlanır. Bundan əlavə, abxazlar hesab edirlər ki, ölkələrinin gələcəyi güclü valyuta və beynəlxalq dəstəkdən asılıdır. Onların fikrincə, Rusiya "zəif rubl"dan başqa bir şey təklif edə bilmir.
mənbə: baku