Ekskursiya zamanı bədbəxt hadisə: 12 yaşlı məktəbli hündürlükdən yıxıldı

May 27, 2026 - 15:26
 0  28
Ekskursiya zamanı bədbəxt hadisə: 12 yaşlı məktəbli hündürlükdən yıxıldı

Kaxeti bölgəsində yerləşən tarixi Bodbe monastırında məktəblilərin ekskursiyası zamanı qorxulu anlar yaşanıb.

Xeber.ge xəbər verir ki, monastır ərazisini gəzən 12 yaşlı azyaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Məlumata görə, xəsarət alan 12 yaşlı qız Bolnisi bələdiyyəsinin dövlət məktəblərindən birinin 6-cı sinif şagirdidir.

O, sinif yoldaşları, müəllimləri və valideynləri ilə birlikdə monastırı ziyarət etmək üçün ekskursiyaya yollanıbmış.

Yerli sakinlərin verdiyi məlumata görə, azyaşlı ehtiyatsızlıqdan monastırın çəpərlənmiş hissəsindən bir neçə metr hündürlükdən aşağı yuvarlanıb və yerə düşərkən başını daşa çırpıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Yaralı məktəbli təcili olaraq Tsnori şəhərində yerləşən "Arximed" klinikasına çatdırılıb.

"Klinikaya daxil olan yeniyetmənin xəsarətləri xoşbəxtlikdən yüngüldür.

Onda baş beynin silkələnməsi diaqnozu müəyyən edilib.

Hazırda uşaq həkimlərin ciddi nəzarəti altındadır və ona xəstəxanada zəruri tibbi müalicə prosedurları tətbiq olunur".

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.