Tbilisidə əcnəbi vətəndaş öz övladlarına qarşı əxlaqsız hərəkətlərə görə saxlanılıb-VİDEO
Tbilisi Şəhər Polis İdarəsinin Azyaşlılarla İş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ağır cinayət əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi ailə daxili zorakılıq və ailə üzvünə qarşı əxlaqsız hərəkətlər etmək ittihamı ilə 1980-ci il təvəllüdlü İordaniya vətəndaşı S.A.-nı həbs edib.
Xeber.ge xəbər verir ki,
Polis tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri nəticəsində S.A. "isti izlərlə" yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (ailə daxili zorakılıq) və 141-ci (əxlaqsız hərəkətlər) maddələrinin müvafiq bəndləri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsi 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.