Tbilisidə dəhşətli hadisə: Gənc ər-arvad evlərində ölü tapılıb

Apr 4, 2026 - 15:23
 0  13
Tbilisidə dəhşətli hadisə: Gənc ər-arvad evlərində ölü tapılıb

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış mənzillərindən birində gənc cütlüyün meyiti aşkar edilib.

Xeber.ge xeber  verir ki, ilkin ehtimallara əsasən, gənc ər-arvadın ölümünə dəm qazı sızması səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı istintaq başladılıb, ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır.