Gürcüstan müxalifəti inqilab anonsunu verdi
Bu barədə "Güclü Gürcüstan"ın liderlərindən biri Anna Dolidze birgə mətbuat konfransında bildirib.
“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə görüşəcəyik və orada tədbir planı, qanuna uyğun, dinc, lakin mütəşəkkil şəkildə etirazımızın necə davam edəcəyi barədə ətraflı danışacağıq”, - siyasətçi deyib.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri tanımayan müxalifət partiyaları “Güclü Gürcüstan” koalisiyasının ofisində birgə məsləhətləşmələrdən sonra müvafiq qərar qəbul ediblər. Bu məsləhətləşmələrdə “Birlik-Milli Hərəkat”, “Dəyişiklik Naminə” Koalisiya və “Güclü Gürcüstan” liderləri iştirak ediblər.
mənbə: publika