Tbilisidə atasını bıçaqlayan şəxsə qarşı ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu Tbilisidə atasına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxsə qarşı rəsmi ittiham irəli sürüb.
Bu barədə prokurorluq məlumat yayıb.
Hadisə yaşayış binasının blokunda baş verib.
Prokurorluğun məlumatına görə, vaxtında göstərilən tibbi yardım nəticəsində zərərçəkmişin həyatı xilas olunub.
İstintaqın gedişində müəyyən edilib ki, təqsirləndirilən şəxs atasına bədənin müxtəlif nahiyələrində çoxsaylı bıçaq xəsarətləri yetirib. Cinayətkar polis tərəfindən isti izlərlə saxlanılıb.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim 19, 109-cu maddəsinin “k” bəndi (ailə üzvünə qarşı qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb. Bu maddə 16 ildən 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq məhkəmədən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini artıq tələb edib.
mənbə: interpress