Hakimiyyət Saakaşvilini ömürlük həbslə hədələdi
 
                                Gürcüstan hakimiyyəti respublikanın keçmiş prezidenti Mixail Saakaşvilini “2008-ci il müharibəsinə görə" ömürlük həbslə hədələyib.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. O, qeyd edib ki, Saakaşvilinin altıncı cinayət işi ömürlük həbslə nəticələnə bilər. O, 2008-ci ildə gürcü generallarının “Cənubi Osetiyada konstitusiya quruluşunun bərpası” ilə bağlı bəyanatlarını və ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı keçmiş prezidentin özünün fərmanını xatırladıb.
O da məlum olub ki, hakimiyyət Saakaşvilinin partiyası olan Vahid Milli Hərəkat Partiyasına da qadağa qoymağı planlaşdırır.
mənbə: publika
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            