Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olundu
 
                                Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə seçilib.
Onun namizədliyini parlamentin 85 üzvü dəstəkləyib.
Səsvermə parlamentin plenar iclasında mövzu müzakirəsiz keçirilib. Bundan əvvəl Mdinaradze Müdafiə və Təhlükəsizlik Komitəsində dinlənilmişdi.
Parlament sədri Şalva Papuaşvili Mdinaradzeyə qanunverici orqanda göstərdiyi fəaliyyətə görə təşəkkür edib və yeni postunda da uğurlar arzulayıb:
“Dostlar da, ən əsası isə düşmənlər də çox yaxşı bilirlər ki, Mamuka Mdinaradzeyə Gürcüstan parlamentində hansı rol düşürdü. Əminəm ki, o, ölkəmizin dostlarının xeyrinə, düşmənlərinin isə ziyanına Dövlət Təhlükəsizlik Xidmətinin seçilən rəhbəri olacaq. Mdinaradze illər ərzində formalaşmış təhlükəsizlik sistemini daha da gücləndirəcək və bu, bizə regional qeyri-sabitlik və çətinliklər fonunda sülhün qorunmasına, rifahın artım tempinin saxlanılmasına imkan verəcək,” – deyə Papuaşvili vurğulayıb.
Qanunvericiliyə əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri 6 il müddətinə seçilir.
Xatırladaq ki, son aylar quruma Anri Oxanaşvili rəhbərlik edirdi. O, 2025-ci ilin aprelində bu vəzifəyə seçilmişdi, lakin avqustda istefa verdiyini açıqlamışdı.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            