Tbilisidə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
Azərbaycanın Gürcüstandakı səfirliyi 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Tbilisidə təntənəli konsert proqramı təşkil edəcək.
Tədbir 6 noyabr tarixində Tbilisi şəhərində yerləşən Şota Rustaveli adına Dövlət Teatrında baş tutacaq.
Səfirlikdən verilən məlumata görə, tədbirin məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni, qəhrəman şəhidlərin xatirəsini anmaq, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı icma nümayəndələri arasında həmrəyliyi gücləndirməkdir.
"Zəfər Günü" 8 noyabrda Azərbaycanın ərazi bütövlüyünün bərpası və Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümü münasibətilə qeyd olunur.