Tbilisidə güclü külək ağacı kökündən qopardı: Magistralda hərəkət məhdudlaşdırılıb
Gürcüstanın paytaxtında təbiət hadisəsi fəsadlara yol açıb.
Xeber.ge xeber verir ki,
Hadisə şahidlərinin sözlərinə görə, aşan ağac yaxınlıqdakı iaşə obyektinin (kafe) bir neçə santimetrliyindən keçib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb, ərazidəki avtomobillərə də ziyan dəyməyib.
Ağacın aşması səbəbindən Rustavi-Tbilisi magistral yolunda hərəkət hissə-hissə məhdudlaşdırılıb. Hazırda hadisə yerinə müvafiq xidmətlər cəlb olunub, yolun təmizlənməsi və ağacın hissələrə bölünərək ərazidən uzaqlaşdırılması işləri aparılır.
Yerli sakinlər bildiriblər ki, ağac hələ səhər saat 10:00-dan etibarən əyilməyə başlayıb. Onlar dəfələrlə "112" xidmətinə zəng vursalar da, ağac aşana qədər əraziyə heç bir briqadanın gəlmədiyini iddia edirlər.