Tbilisidə sürətli ödəniş aparatını oğurlamaq istəyən 4 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları keçirilən istintaq tədbirləri nəticəsində qrup halında oğurluğa cəhd faktı üzrə dörd nəfəri isti izlərlə saxlayıblar.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər külli miqdarda pulu qanunsuz mənimsəmək məqsədilə Tbilisidə sürətli ödəniş aparatını oğurlamağa və hadisə yerindən avtomobillə qaçmağa cəhd göstəriblər, lakin niyyətlərini həyata keçirə bilməyiblər.
Hüquq-mühafizə Orqanları isti izlərlə keçirilən əməliyyat tədbirləri nəticəsində hər dörd nəfəri təqsirləndirilən şəxs qismində hadisə yerinin yaxınlığında saxlayıblar.
Polis oğurlanmış aparatı, aparatın içindəki 4000 lariyə yaxın pulu və oğurluq cəhdi zamanı istifadə olunan alətləri maddı sübüt kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 19-177-ci maddəsi ilə aparılır.