Tbilisidə 55 yaşlı kişi öldürülüb

Feb 1, 2026 - 12:11
 0  34
Tbilisidə 55 yaşlı kişi öldürülüb

Tbilisidə 55 yaşlı kişi öldürülüb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi  yayır.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs mübahisə zəminində 1971-ci il təvəllüdlü şəxsə küt alətlə ölümcül xəsarətlər yetirib. Polis qətli törətməkdə şübhəli bilinən şəxsi qısa müddətdə saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə 15 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.