Telavidə həmkəndlisinə ağır xəsarət yetirən şəxs saxlanılıb

Apr 2, 2026 - 12:09
 0  9
Telavidə həmkəndlisinə ağır xəsarət yetirən şəxs saxlanılıb

Gürcüstanın Telavi rayonunda sağlamlığa qəsdən ağır zərər vurma faktı üzrə bir nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən 2002-ci il təvəllüdlü D.T. şübhəli şəxs qismində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi, 1979-cu il təvəllüdlü Z.R.-yə qarşı fiziki zorakılıq tətbiq edərək ona ağır bədən xəsarətləri yetirib. Hadisədən sonra D.T. ərazidən qaçsa da, polisin keçirdiyi "isti izlər" əməliyyatı nəticəsində qısa müddətdə yaxalanıb.

Yaralı vətəndaş dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.