Gürcüstanın Milli Statistika Xidmətinin dərc etdiyi məlumatlara görə, 2024-cü ilin dördüncü rübündə ölkədə orta aylıq nominal əmək haqqı 2217,5 lari təşkil edib.
Xeber.ge xəbər verir ki,geostat-ın məlumatına görə, bu, illik müqayisədə 8,5% artım deməkdir.
Fəaliyyət növlərinə görə, aşağıdakı sektorlarda nisbətən yüksək əmək haqqı qeydə alınıb:
⦁ İnformasiya və rabitə – 4 008,3 lari (keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz az);
⦁ Maliyyə və sığorta fəaliyyəti – 3 373,5 lari (8,5 faiz artıb);
⦁ Tikinti - 3 361,8 lari (9,8 faiz artıb);
⦁ Peşə, elmi və texniki fəaliyyət – 3 259,1 lari (11,6 faiz artıb).
2024-cü ilin dördüncü rübündə qadınların orta əmək haqqı 1778,5 lari, kişilərinki isə 2653,8 lari müəyyən edilib.
Maaşların illik artımı qadınlarda 171,2 lari (10,7%), kişilərdə isə 189,9 lari (7,7%) təşkil edib.
Fəaliyyət növlərinə görə kişilərin maaşları bütün sahələrdə qadınların maaşını üstələyib.