Gürcüstanda kütləvi reyd: 50 xarici deportasiya olunacaq
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə ərazisində 50 nəfər xarici vətəndaşı qeyri-qanuni miqrant kimi saxlayıb.
XEBER.GE xeber verir ki, Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları var.
Müəyyən edilib ki, şəxslər Gürcüstanın “Xarici və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanununda nəzərdə tutulmuş qaydaları pozaraq ölkədə olublar.
Hazırda saxlanılanlar Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdirilib. Onların ölkədən deportasiyası istiqamətində müvafiq prosedurlar aparılır.