İdarəetməni itirən avtomobil dərəyə düşdü - Ölən var

Xelvaçauri Bələdiyyəsində, Maçaxlispir yaxınlığında avtomobil yoldan çıxaraq dərəyə düşüb.
Qəza nəticəsində sürücü həlak olub.
Hadisə 1 yanvar səhəri baş verib. İtkin düşmüş avtomobilin axtarışı təxminən 24 saat davam edib və nəhayət tapılıb.
Qəza yerinə Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub və operativ müdaxilə həyata keçirilib.
Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
mənbə: interpress