Tbilisidə mənzildən avtomat, tapançalar və partlayıcı maddə götürüldü

Aug 27, 2026 - 12:11
 0  11
Tbilisidə mənzildən avtomat, tapançalar və partlayıcı maddə götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları odlu silah, hərbi sursat və partlayıcı maddələri qanunsuz olaraq əldə etmə və saxlama ittihamı ilə bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, məhkəmə qərarı əsasında təqsirləndirilən şəxsin Tbilisidəki evində keçirilən axtarış zamanı maddı sübut kimi avtomat silah, müxtəlif markalı dörd tapança, revolver, ov tüfəngi, iki kiçikçaplı tüfəng, trotil partlayıcı maddəsi, əl qumbarası, odlu silah üçün üç ədəd səsboğucu, həmçinin müxtəlif çaplı patronlar və daraqlar götürülüb.

Cinayət 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları odlu silah, hərbi sursat və partlayıcı maddələri qanunsuz əldə etmə və saxlama ittihamı ilə bir nəfəri tutublar.

Hüquq-mühafizəçilər təqsirləndirilən şəxsin Tbilisidə yerləşən evində keçirilən axtarış zamanı müxtəlif modelli qanunsuz odlu silah və hərbi sursatları maddı sübut kimi müsadirə ediblər. Onların arasında avtomat silah, dörd tapança, revolver, ov tüfəngi, iki kiçikçaplı tüfəng, trotil, əl qumbarası, üç səsboğucu, habelə müxtəlif çaplı patronlar və daraqlar var.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci və 3-cü hissələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.