Tbilisidə lizinq şirkətinə zərər vuran axtarışdakı şəxs saxlanılıb
Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Xobi rayon idarəsinin əməkdaşları, özgənin əmlakını qanunsuz mənimsəməyə görə axtarışda olan, keçmişdə müxtəlif cinayətlərə görə məhkum edilmiş 1979-cu il təvəllüdlü Z.Ç.-ni Tbilisidə saxlayıblar.
Xeber.ge xeber verir ki,
Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, axtarışda olan şəxs şirkətlərdən biri ilə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməyib və şirkətə məxsus avtomobili qanunsuz olaraq özgəninkiləşdirib (satıb). Z.Ç.-nin törətdiyi qanunazidd əməl nəticəsində lizinq şirkətinə 13 000 laridən çox zərər dəyib.
Məhkum şəxs Poti Şəhər Məhkəməsinin qərarı əsasında 2025-ci il dekabrın 11-dən axtarışda idi. Saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.