Tbilisidə iki nəfəri döyərək bahalı telefonlarını soyan şəxslər tutuldu

Aug 17, 2026 - 11:47
 0  9
Tbilisidə iki nəfəri döyərək bahalı telefonlarını soyan şəxslər tutuldu

Tbilisidə qrup halında, zorakılıqla törədilmiş soyğunçuluq ittihamı ilə iki nəfər saxlanılıb, onların arasında bir nəfər yeniyetmədir.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, təqsirləndirilən şəxslər Tbilisidə iki vətəndaşa fiziki xəsarət yetirib, onların bahalı mobil telefonlarını ələ keçirərək hadisə yerindən qaçıblar.

"Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsləri təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", — DİN bəyan edir.