30 min dollar borc alıb saxta torpaq sahəsi satan dələduz saxlanıldı

Aug 17, 2026 - 11:54
 0  6
30 min dollar borc alıb saxta torpaq sahəsi satan dələduz saxlanıldı

Daxili İşlər Nazirliyi külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəmə ittihamı ilə bir nəfəri saxlayıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tanışına 30 000 ABŞ dolları borc verməsi müqabilində hər ay 1 200 ABŞ dolları gəlir ödəyəcəyini vəd edib. Razılaşmaya əsasən, müqavilə müddəti bitdikdən sonra o, borc məbləğını tam qaytaracaq, pulun qaytarılmasının zəmanəti kimi isə zərərçəkənə geri satınalma hüququ ilə torpaq sahəsi satacaqdı.

Sözügedən razılaşma əsasında təqsirləndirilən şəxs zərərçəkənlə geri satınalma hüququ ilə alqı-satqı müqaviləsi bağlayıb. Lakin müqavilədə göstərilən torpaq sahəsi real olaraq mülkiyyətində olmayıb və zərərçəkənə başqa — əhəmiyyətli dərəcədə az dəyəri olan və yerləşmə baxımından yararsız torpaq sahəsi satıb.

Üç ay keçdikdən sonra təqsirləndirilən şəxs zərərçəkənə nə 30 000 ABŞ dollarını qaytarıb, nə də razılaşdırılmış aylıq gəliri ödəyib.

Bu əməli ilə təqsirləndirilən şəxs aldadıcı yolla zərərçəkənə məxsus 17 640 larini mənimsəyərək ona külli miqdarda əmlak ziyanı vurub", — DİN bəyan edir.

Polis kişini təqsirləndirilən şəxs qismində hakim Qərarı əsasında saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.