Rüşvətalma və kommersiya ələalması faktları üzrə 3 məmur saxlanıldı

Aug 17, 2026 - 11:59
 0  2
Rüşvətalma və kommersiya ələalması faktları üzrə 3 məmur saxlanıldı

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, üç müxtəlif cinayət işi üzrə rüşvətalma və kommersiya ələalması faktları ilə bağlı 3 nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, cinayət işlərindən birinin istintaqı ilə müəyyən edilib ki, Acara Meşə Agentliyinin Xulo Meşə İdarəsinin meşəbəyisi N.B. dövlət meşə fondunun torpaq sahəsindən istifadə müqabilində vətəndaşdan rüşvət kimi 1 000 ABŞ dolları alıb. O, pulu alarkən hadisə yerində saxlanılıb.

İkinci cinayət işi üzrə aparılan istintaqla üzə çıxarılıb ki, Qida Təhlükəsizliyi Agentliyinin Raça-Leçxumi və Kvemo Svaneti Regional İdarəsinin baytarı A.L. müəyyən olunmuş prosedurlardan kənar, qeydiyyatsız mal-qaranın identifikasiyası və qeydiyyatı müqabilində vətəndaşdan rüşvət kimi 650 lari alıb.

Üçüncü cinayət işi üzrə istintaqla müəyyən edilib ki, "Gürcüstan Bərk Tullantıların İdarə Olunması Şirkəti" MMC-nin operatoru B.Z. Kvemo Kartli bölgəsində yerləşən zibillikdə tullantıların icazəsiz yerləşdirilməsi müqabilində vətəndaşdan 500 lari tələb edərək alıb və bu zaman İstintaq Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb", — İstintaq Xidmətinin bəyanatında deyilir.

Qurumun bildirdiyinə görə, ilk iki fakt üzrə istintaq Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi (rüşvətalma) ilə aparılır ki, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur. Üçüncü iş üzrə isə istintaq Cinayət Məcəlləsinin 221-ci maddəsi (kommersiya ələalması) ilə aparılır ki, bu da 3 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.