Dmanisidə planlaşdırılan Novruz bayramı konserti faciəyə görə ləğv edilib

Mar 17, 2025 - 17:16
 0  137

Dmanisidə 18 mart tarixinə planlaşdırılan Novruz bayramı konserti ləğv edilib. Konsertin ləğv olunmasına səbəb iki nəfər gəncin dünyasını dəyişməsi səbəb olub.

Dmanisi merinin müavini Arif Süleymanovun sözlərinə görə, dünyasını dəyişən gənclər Dmanisi meriyasında işləyən əməkdaşların uşaqlarıdır. Onun sözlərinə görə, qəza 15 mart tarixində baş verib.

"Konsertin ləğv edilməsi qəza nəticəsində iki nəfərin ölümü və bir nəfərin yaralamanması ilə bağlıdır. Dünyasını dəyişənlər bizim işçilərin uşaqlarıdır. Dmanisi balaca bir yerdir. Belə bir faciə baş verəndə hər yerdə eşidilir. Buna görə də belə bir konsertin keçirilməsi düzgün olmazdı. Qəza Dmanisiyə çatmamış baş verib. Xəsarət alan bir nəfər xəstəxanadadır. Onun vəziyyəti də ağırdır. Gənclər hardasa 20-21 yaşlarındadır. Hələ dəfin olunmayıblar. Dünyasını dəyişənlərdən biri bələdiyyə məclisinin üzvünün oğludur. Biri də Mədəniyyət evində işləyən işçinin oğludur. Xəstəxanada müalcə alan gənc isə Bələdəiyyə Məclisinin əməkdaşının oğludur".

Qeyd edək ki, ötən il Dmanisi bələdiyyəsində “Novruz bayramı”na həsr olunmuş konsert keçirilmişdi.

mənbə: marneulifm