Gürcüstanda Belarus vətəndaşını qatar vurub
Belarus vətəndaşı olan 35 yaşlı kişi Acarıstanın Kobuleti bələdiyyəsinə daxil olan Çakvi kurort qəsəbəsində qatarın vurması nəticəsində həyatını itirib.
Bu barədə yerli KİV məlumat yayıb.
XEBER.GE xeber verir ki, yerli sakinlərin sözlərinə görə, ölən şəxs Belarusdan Gürcüstana turist kimi gəlib. Onun cəsədi ekspertiza bürosuna aparılıb.
Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi — “Dəmir yolu, su, hava və ya kanat nəqliyyatında hərəkət və ya istismar təhlükəsizliyi qaydalarının pozulması” maddəsi üzrə aparılır.