Tbilisidə külək tikintidən düşən hissələr maşınları əzdi-VİDEO

Mar 28, 2026 - 15:30
Mar 28, 2026 - 15:56
 0  18

Gürcüstanın paytaxtında əsən şiddətli külək təhlükəli anlara səbəb olub.

Xeber.ge   "Çemi qalaqi mklavs" (Mənim şəhərim məni öldürür) hərəkatına istinadən xəbər verir ki, hadisə Böyük Diğomi rayonunda qeydə alınıb.

 Petre İberi küçəsində yerləşən çoxmərtəbəli binalardan birinin tikintisindən güclü külək nəticəsində inşaat materialları aşağı tökülüb. Hadisə zamanı ərazidə park edilmiş iki minik avtomobilinə ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, materiallar hündürlükdən düşdüyü üçün nəqliyyat vasitələrinin dam və şüşə hissələri tamamilə sıradan çıxıb.

 İlkin məlumatlara görə, hadisə zamanı yaxınlıqda heç kim olmadığı üçün xəsarət alan olmayıb. Lakin yerli sakinlər tikinti meydançalarında təhlükəsizlik qaydalarına riayət olunmamasından narahatlıqlarını ifadə ediblər.