Dimitri Tskitişvili: “Qaxaria Gürcüstan naminə” partiyası ilə yollarım ayrıldı

Sep 17, 2025 - 11:32
Sep 17, 2025 - 11:33
 0  18
Dimitri Tskitişvili: “Qaxaria Gürcüstan naminə” partiyası ilə yollarım ayrıldı

Müxalifətçi siyasətçi Dimitri Tskitişvili bəyan edib ki, sabiq baş nazir Qiorqi Qaxarianın partiyası ilə onun arasında “yollar ayrılıb”.

Onun sözlərinə görə, səbəb seçkilərlə bağlı mövqelərdə fundamental fikir ayrılığıdır.

“Mövcud şəraitdə bu formada və bu dinamika ilə seçkilərə qatılmaq ölkənin demokratik məcraya qayıtmasına xidmət etməyəcək.
Bir neçə dəfə açıq şəkildə dedim və indi də təkrar edirəm: seçkilərə qatılmağın mənası yalnız siyasi qüvvələrin koordinasiyalı fəaliyyəti halında olardıb ki, bu sa yalnız rejimi ədalətsiz siyasi mübarizədə məğlub etmək üçün az da olsa şans olduğu halda mümkün idi”, – deyə Dimitri Tskitişvili “Facebook”da yazıb.


Bundan əvvəl, sentyabrın 5-də siyasətçi Teona Akubardia da oxşar qərar qəbul etmişdi: “Mən qərarımı sizinlə bölüşürəm – mübarizəni yenidən müstəqil şəkildə davam etdirəcəyəm, Gürcüstanın milli maraqlarını qorumaq üçün ki, bu məqsədlə də 2020-ci ildə siyasətə qoşuldum”.

4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak səbəbindən “Qaxaria Gürcüstan üçün” partiyasının tərəfdaşı “Lelo – Güclü Gürcüstan” partiyasının üzvü Saba Buadzə də partiyanı tərk edib.

“Bu gün artıq Mamuka [Xazaradze] və Badri [Caparidze] azaddır, buna görə sizə bildirmək istəyirəm ki, mən tam şəkildə ‘Lelo’-nu tərk etdim...
Baxışlarımız arasında fərqlərə baxmayaraq, ‘Lelo’da çoxlu dostlar qoyuram, onlarla birlikdə apardığım siyasi mübarizə mənim üçün mühüm təcrübə oldu”, – deyə Saba Buadze “Facebook”da yazıb.

2025-ci il bələdiyyə seçkiləri 4 oktyabrda keçirilməlidir. Bu seçkilərdə böyük müxalifət partiyalarından “Lelo – Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan üçün” iştirak edəcək. Onlar qarşılıqlı əməkdaşlıq memorandum da imzalayıblar, hansı ki, ortaq namizədlər üzərində razılığa gəlməyi nəzərdə tutur – belə [Tbilisi meri vəzifəsinə] namizəd isə İrakli Kupradzedir.

Bu seçkilərdə “Dəyişikliklər üçün Koalisiya”, “Koalisiya – Milli Hərəkat”, “Federalistlər” və s. iştirak etməyəcəklər.
Beşinci prezident, Müqavimət Hərəkatının liderlərindən biri Salome Zurabişvili seçki mövzusunu “ortaya atılmış” adlandırıb və qeyd edib ki, bu “müxalifəti parçalayaraq etirazı zəiflətdi”.

mənbə: marneulifm