10-cu mərtəbədən atılan stul faciəyə səbəb oldu

Sep 2, 2026 - 10:06
 0  5
10-cu mərtəbədən atılan stul faciəyə səbəb oldu

 

XEBER.GE xeber  verir ki, Tbilisidə binanın 10-cu mərtəbəsindən stul atılıb, nəticədə 10 yaşlı uşaq ağır yaralanıb.

İnformasiya agentliyi “İnfo Rustavi” ilə söhbətində uşağın yaxınlarından biri bildirib ki, uşaq ağır vəziyyətdədir, ona əməliyyat olunub və hazırda da xəstəxanada müalicə alır.

Daxili İşlər Nazirliyindən *“İnfo Rustavi”*yə bildirilib ki, hadisə ilə bağlı 1 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə araşdırma başlanıb. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutur.