Gürcüstanda rinavirus epidemiyası: Azyaşlılar reanimasiyaya düşür

Mar 29, 2026 - 22:16
 0  20
Gürcüstanda rinavirus epidemiyası: Azyaşlılar reanimasiyaya düşür

Gürcüstanda son iki həftə ərzində epidemioloji vəziyyət kəskin pisləşib.

Mövsümi qriplə yanaşı, ölkədə aktiv şəkildə yayılan rinavirus azyaşlı uşaqlar arasında ağır fəsadlara yol açır.

Xeber.ge xeber  verir ki, məlumata görə, artıq bir neçə uşaq xəstəliyin ağır gedişatı səbəbindən reanimasiya şöbələrinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, bu ştam qarşı hər hansı vaksin mövcud deyil, bu da müalicə prosesini mürəkkəbləşdirir.

Yaz mövsümü ilə əlaqədar artan allergik fon diaqnostikanı çətinləşdirir.

Virusun əlamətləri allergiya ilə oxşar olduğu üçün valideynlər çox vaxt xəstəliyi fərqləndirə bilmir, nəticədə müalicə gecikir və vəziyyət ağırlaşır.

Mütəxəssislər valideynləri diqqətli olmağa və ilk şübhəli simptomlar zamanı dərhal həkimə müraciət etməyə çağırır.