Tbilisidə dostunu 16 800 dollar aldadaraq mənimsəyən şəxs saxlanıldı

Jul 22, 2026 - 12:26
 0  24
Tbilisidə dostunu 16 800 dollar aldadaraq mənimsəyən şəxs saxlanıldı

Tbilisi Polisləri tərəfindən külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Tələfəkaratlıqla  Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayətin üstü açılıb.

XEBER.GE xəbər verir ki, hüquq-mühafizə orqanlarının yaydığı rəsmi bəyanata əsasən, saxlanılan şəxs öz dostuna qarşı dələduzluq edib.

Aparılan istintaq tədbirləri ilə cinayətin təfərrüatları müəyyən edilib:

Təqsirləndirilən şəxs dostuna onlayn hərrac vasitəsilə xaricdən avtomobil alacağını və onu Gürcüstana nəql etməyə kömək edəcəyini vəd edib.

Bu bəhanə ilə o, zərərçəkəndən külli miqdarda pul alsa da, vədinə əməl etməyib. Nəticədə dostuna aid 16 800 ABŞ dolları məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində həmin şəxs hakimin qərardamı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (Külli miqdarda dələduzluq) ilə cinayət işi davam etdirilir.

Bu maddə qanunvericiliyə əsasən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.