Tbilisidə azərbaycanlı fəal Əfqan Sadıqov saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşı Əfqan Sadıqovun saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
Xeber.ge xeber verir ki,
DİN-in bəyanatı: Məlumatda bildirilir ki, Əfqan Sadıqov aprelin 4-də Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilməsi və işinə vaxtında baxılması məqsədilə saxlanılıb.
Nazirlik həmçinin qeyd edib ki, Ə. Sadıqov indiyədək 62 dəfə müxtəlif növ inzibati xətalar törətməkdə, o cümlədən toplantı və manipestasiya qaydalarını pozmaqda ittiham olunub. O, bu əməllərinə görə artıq iki dəfə inzibati həbs cəzası çəkib.
Yaxın saatlarda Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq. Hakim şifahi iclasda inzibati xətanın törədilib-törədilməməsi faktını araşdıracaq və sübut olunacağı təqdirdə müvafiq cəza tədbiri tətbiq ediləcək.