Gürcüstan məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiya edilməsi barədə qərar çıxarıb
Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun ölkədən çıxarılaraq Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.
Xeber.ge xeber verir ki,
Mikeladze bildirib ki, məhkəmə Əfqan Sadıqovun ölkəni könüllü tərk etməsi ilə bağlı təklifi nəzərə almayıb.
İnzibati xətalar haqqında işə baxan məhkəmənin qərarı ilə Əfqan Sadıqova aşağıdakı sanksiyalar tətbiq edilib:
Cərimə: 2 000 lari məbləğində pul cəriməsi;
Deportasiya: Gürcüstan ərazisindən dərhal qovulma;
Giriş qadağası: Növbəti 3 il müddətində Gürcüstana daxil olmağa rəsmi qadağa.
O qeyd edib ki, Sadıqovun həyat yoldaşı və övladlarının Avropada siyasi sığınacağı var və jurnalist ailəsinin yanına gedə bilərdi.
"Məhkəmə hətta Avropa Məhkəməsinin məcburi qərarlarını belə işə əlavə etmədi. Bu, iki ölkənin hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırılmış bir əməliyyatdır. Əfqan Sadıqova uzun müddətdir ölkəni tərk etməyə icazə vermirdilər ki, o, rəsmi olaraq sığınacaq prosedurlarına başlaya bilməsin", - deyə Mikeladze vurğulayıb.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun aprelin 4-də sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyi üçün saxlanıldığını və barəsində İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş başladıldığını bəyan etmişdi.
Hazırda jurnalistin Azərbaycana təhvil verilməsi prosedurlarının başlandığı bildirilir.