Tbilisi və regionlar yenidən işıqsız qaldı

Aug 5, 2026 - 20:28
Aug 5, 2026 - 21:05
 0  42
Tbilisi və regionlar yenidən işıqsız qaldı

Tbilisi və Gürcüstanın bəzi regionları yenidən işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi barədə məlumatı ölkənin müxtəlif bölgələrindən olan vətəndaşlar yayırlar.

Xəbər.ge xəbər verir ki, "Pirveli" növbəti qaranlığın (işıq kəsilməsinin) səbəbini müvafiq qurumdan araşdırır.

İyulun 24-də ölkə miqyasında elektrik enerjisinin verilişi tamamilə kəsilmişdi. İşıqlar iyulun 25-i səhər saatlarında da sönmüşdü. Dövlət Təhlükəsizliyi Xidməti (SSG) iyulun 24 və 25-də ölkə üzrə elektik enerjisinin qəza rejimində kəsilməsi faktı ilə bağlı sabotaj maddəsi ilə təhqiqata başlayıb. İyulun 30-da Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası ilkin nəticələri açıqlayıb.