Tbilisi İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb

Feb 11, 2025 - 21:24
 0  49
Tbilisi İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç hökumətinin ölkədəki radikal təşkilatları maliyyələşdirdiyini bəyan edib.

Bu barədə yerli KİV-lər məlumat yayıb.

Onun sözlərinə görə, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" qeyri-hökumət təşkilatının fəaliyyətinin arxasında İsveç maliyyələşdirməsi durur və ümumilikdə, radikal QHT-lər müvafiq donorlar tərəfindən dəstəklənir.

“İsveç parlamentinin Avropa məsələləri komitəsinin sədri Erik Otoson açıq şəkildə "Maydan" və radikallaşma çağırışları edir. Maraqlıdır ki, İsveçdə heç kim onun bu fikirlərini anlamayıb”, - deyə Papuaşvili vurğulayıb.

mənbə: report