Suriyaya qarşı sanksiyaları ləğv edən Tramp Əhməd Əl Şaraa ilə görüşəcək

"ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşməyə razılaşıb".
Xeber.ge xəbər verir ki,
Onun sözlərinə görə, Prezident Tramp mayın 14-də Səudiyyə Ərəbistanında Suriya lideri ilə görüşməyə razılıq verib.
Nümayəndə məsələ ilə bağlı başqa heç bir təfərrüatı açıqlamayıb.
Planlaşdırılan görüşdən qabaq D.Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi tapşırıb. O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən forumda məlumat verib.
ABŞ prezidentinin sözlərinə görə, sanksiyalar sərt və iflicedici olub, amma eyni zamanda, mühüm funksiyanı da yerinə yetirib.
mənbə: oxu.az