Türkiyədə 6 gündə 1400-dən çox şəxs saxlanıldı

Mar 26, 2025 - 10:46
 0  27
Türkiyədə 6 gündə 1400-dən çox şəxs saxlanıldı

Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1418 şəxs saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.

Qeyd olunub ki, indiyədək saxlanılanlardan 478-i məhkəmə qarşısına çıxarılacaq.

O bildirib ki, küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək.

mənbə: axar.az