Kaxetidə leysan və dolu üzüm bağlarını məhv etdi, evləri su basdı-VİDEO

Oct 10, 2026 - 11:42
 0  14

Kaxeti bölgəsində təbii fəlakət kənd təsərrüfatına və yaşayış məntəqələrinə ciddi ziyan vurub. Güclü leysan yağışları və dolu nəticəsində onlarca vətəndaş zərər çəkib.

XEBER.GE xeber  verir ki, ən ağır vəziyyət Telavi və Axmeta bələdiyyələrində qeydə alınıb.

Mövsümi dolu üzüm bağlarını və bağçaları tamamilə məhv edib. Şəkərlilik faizinin artmasını gözləyərək məhsul yığımını (rtveli) təxirə salan üzümçülərin məhsulu demək olar ki, sıradan çıxıb.

Güclü yağışlar səbəbindən Telavi küçələri, xüsusən 1 nömrəli dövlət məktəbinin ətrafı və yaşayış evlərinin həyətləri su altında qalıb.

Təbii fəlakətin vurduğu ziyanın dəqiq həcminin müəyyənləşdirilməsi üçün hesablamaların bu gün başlanılması gözlənilir.