Husilərdən İsrailə qarşı yeni əməliyyat

May 14, 2025 - 10:13
 0  14
Husilərdən İsrailə qarşı yeni əməliyyat

Yəmən ordusu Fələstin xalqına dəstək məqsədilə İsrailə qarşı yeni hərbi əməliyyat keçirib.

Xeber.ge  xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” hərəkatı (husilər) bəyan edib.

Hədəf olaraq Tel-Əvivdəki Ben-Qurion hava limanı seçilib.

Nəticədə adıçəkilən aeroportda uçuşlar müvəqqəti olaraq dayandırılmalı olub.

Həmçinin İsraildə bir milyondan çox şəxs sığınacaqlara qaçmalı olub.

Xatırladaq ki, husilər Qəzza sektorunda İsrail tərəfindən qətliamlar və soyqırımına məruz qalan Fələstin xalqına dəstək məqsədilə İsrailə qarşı hərbi əməliyyatlar həyata keçirirlər, həmçinin ona qarşı dəniz və hava blokadaları tətbiq edirlər.

mənbə: azshafaqna.com