Şirkət rəsmiləri güllələndi

Jun 14, 2026 - 14:11
 0  44
Şirkət rəsmiləri güllələndi

Gürcüstanda qum-çınqıl karxanası ətrafında həftələrdir davam edən münaqişə qanlı qətllə nəticələnib.

"Kartlis Ambebi" nəşrinin yaydığı məlumata görə, insident zamanı "Biltmor" şirkətinin iki nümayəndəsi qətlə yetirilib.

XEBER.GE xeber  verir ki, qanlı hadisə bölgədə faydalı qazıntıların hasilatı və

daşınması məsələsi üstündə tərəflər arasında bir neçə həftədir davam edən

qarşıdurma zəminində baş verib.

Vəkil İrina Peradzenin bildirdiyinə görə, o, hüquq-mühafizə orqanlarına müraciət edərək münaqişəyə müdaxilə etməyə və preventiv tədbirlər görməyə uzun müddətdir çağırışlar edirmiş. Vəkil qeyd edib ki, Kilaberidze ailəsi karxanadan qum və çınqılın tamamilə qanunsuz şəkildə daşındığını iddia edir və aidiyyəti qurumlardan reaksiya tələb edirdi.

İlkin məlumatlara görə, ikitərəfli qətl hadisəsində şübhəli bilinən şəxsin Nika Kilaberidze olduğu ehtimal edilir. Hadisənin dəqiq təfərrüatları hazırda araşdırılır.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.