Məktəb formalarının satışı, qiyməti və pulsuz veriləcəyi kateqoriyalar açıqlandı

Aug 20, 2026 - 15:31
 0  18
Məktəb formalarının satışı, qiyməti və pulsuz veriləcəyi kateqoriyalar açıqlandı

Təhsil naziri Qivi Mikanadze bildirir ki, Gürcüstanın bütün şəhər və bələdiyyələrində hər kəsin fiziki olaraq məktəb formasını ala biləcəyi azı bir satış məntəqəsi açılacaq.

XEBER.GE xeber  verir kimikanadzenin sözlərinə görə, satış məntəqələri haqqında məlumat gələn həftədən etibarən ictimaiyyətə təqdim olunacaq.

Həmçinin nazir qeyd edib ki, "Gələn həftədən onlayn platforma istifadəyə veriləcək və valideynlər övladları üçün formanı onlayn sifariş edə biləcəklər. Pərakəndə satış zamanı və ya onlayn alış-verişdə müxtəlif banklar tərəfindən güzəştli 'cashback' siyasəti tətbiq olunacaq ki, bu barədə də təfərrüatlı məlumat paylaşılacaq".

2026–2027-ci tədris ilindən ibtidai sinif şagirdləri üçün məcburi olan məktəb formaları 1 sentyabr tarixindən satışa çıxarılacaq. Birinci mərhələdə formalar yalnız birincilər üçün nəzərdə tutulub və onların alışı xüsusi ayrılmış məkanlarda fevralın 1-dən 14-dək mümkün olacaq.

Formanı ödənişsiz almayanlar üçün qiymətlər:

  • Oğlan pencəyi — 45 lari;
  • Oğlan şalvarı — 25 lari;
  • Qız pencəyi — 45 lari;
  • Qız şalvarı — 25 lari;
  • Qız ətəyi — 25 lari.

Pencək və iki şalvardan, yaxud şalvar və ətəkdən ibarət bir uşağın məktəb forması dəsti 95 lari olacaq.

Geyim aşağıdakı I–VI sinif şagirdlərinə ödənişsiz veriləcək:

  • Sosial baxımdan müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və reytinq xalı 65001-dən aşağı olan ailələrin uşaqlarına;
  • Övladlığa götürülmə/himayədar tərbiyə dövlət proqramına cəlb olunanlara;
  • Kiçik ailə tipli evlərdə yerləşdirilənlərə;
  • Kimsəsiz uşaqlar üçün sığınacaq xidmətlərindən yararlananlara;
  • Tbilisi uşaq evində yerləşdirilənlərə;
  • 2022-ci il fevralın 24-də Ukraynada başlayan müharibə səbəbindən vətənlərinə qayıda bilməyənlərə.