Sepah Netanyahunun ofisinə zərbə endirdiyini bəyan edib

Mar 2, 2026 - 14:46
 0  9
Sepah Netanyahunun ofisinə zərbə endirdiyini bəyan edib

İran bu gün səhər saatlarında Benyamin Netanyahunun ofisinə zərbə endirib.

Xəbər.ge xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

"Hücumların onuncu dalğası zamanı "Xeybər" raketləri ilə endirilən dəqiq və qəfil zərbələr nəticəsində İsrailin Baş nazirinin ofisi və Hərbi Hava Qüvvələri komandanının dislokasiya yeri İran Silahlı Qüvvələri tərəfindən ciddi zərbəyə məruz qalıb", - bəyanatda qeyd olunub.

mənbə: report.az