Hacı Şahin Həsənlinin vəfatından 3 il ötür

Mar 2, 2026 - 14:42
 0  8
Hacı Şahin Həsənlinin vəfatından 3 il ötür

Xəbər.ge xatırladır ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından üç il keçir.

İlahiyyatçı, din və ictimai xadim Hacı Şahin (Şahin Hüseyn oğlu Həsənli) 7 iyul 1974-cü ilə Bakı şəhərində dünyaya gəlib. O, Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023) olub. Habelə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023), QMİ-nin Qazılar Şurasının üzvü idi.

Hacı Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi. Uzun illər Həcc karvanına rəhbərlik edib və zəvvarlara xidmət göstərib. “Haradan başlamalı”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifidir.

Hacı Şahin 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib. 48 yaşlı din xadimi Yasamal qəbiristanlığında dəfn olunub.

mənbə: az.shafaqna