Sentyabrda havalar necə olacaq?

Sep 9, 2026 - 22:49
 0  25
Sentyabrda havalar necə olacaq?

Gürcüstanda sentyabrın birinci yarısı yağışlı və nisbətən sərin keçəcək.

XEBER.GE xeber  verir ki, ikinci yarısından isə əksinə, az yağıntı olacaq və

temperatur yüksələcək.

Ümumiyyətlə, sentyabr ayında düzənlik və ovalıqlarda orta hava temperaturu +19, +23 dərəcə ətrafında olacaq ki, bu da iqlim normasından yüksək göstəricidir.

Ayrı-ayrı günlərdə temperaturun əhəmiyyətli dərəcədə yüksəlməsi mümkündür. Qara dəniz sahil zolağında hava +28, +29 dərəcəyədək, Kolxeti ovalığında isə +37, +38 dərəcəyə çata bilər. Qərbi Gürcüstanın digər rayonlarında temperatur +33, +34 dərəcəyədək yüksələcək, yüksək dağlıq zonada isə +28 dərəcə olacaq.

Kartli və Kaxetidə ayrı-ayrı günlərdə havanın temperaturu +37, +38 dərəcəyədək artacaq. Şərqi Gürcüstanın dağlıq rayonlarında temperatur +30 dərəcə ətrafında olacaq.

Sentyabrda yağıntının miqdarı, güman ki, çoxillik orta göstərici hüdudlarında olacaq.

Paytaxta gəldikdə isə, Tbilisidə sentyabrda havanın orta temperaturu təxminən +22 dərəcə olacaq. Ayrı-ayrı günlərdə isə temperatur +38 dərəcəyə çata bilər", - deyə Xatuna Koxosadze bildirir.