Qoridə itkin düşən vətəndaş axtarılır

Jun 6, 2026 - 21:25
 0  7
Qoridə itkin düşən vətəndaş axtarılır

Daxili İşlər Nazirliyinin regional bölmələri Qori bələdiyyəsinin Ateni kəndində itkin düşmüş vətəndaşın tapılması istiqamətdə irimiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb.

Xeber.ge xəbər verir ki, kənd sakininin qəfil yoxa çıxması bölgədə müəyyən söz-söhbətlərə səbəb olub.

Hadisənin ciddiliyi nəzərə alınaraq Ateni kəndinə dərhal Şida Kartli Polis İdarəsinin rəisi Sergi Bzişvili və Kriminal Polisin bir neçə operativ ekipajı cəlb olunub. Hüquq-mühafizə orqanlarının rəhbərliyi əməliyyat xəttini şəxsən hadisə yerindən idarə edir.

Yerli sakinlərin yaydığı ilkin iddialara görə, itkin düşən şəxsin Gürcüstan Daxili İşlər Nazirliyinin fəal əməkdaşlarından biri olduğu bildirilirdi.

"Tv Pirveli" telekanalına qısa müsahibə verən Şida Kartli regionunun polis rəisi Sergi Bzişvili itkin düşən şəxsin polis əməkdaşı olması ilə bağlı yayılan məlumatları qətiyyətlə təkzib edib. İdarə rəisi iddiaların əsassız olduğunu vurğulayaraq bildirib:

"İtkin düşən şəxsin polis sistemi ilə heç bir əlaqəsi yoxdur və asayiş keşikçisinin yoxa çıxması barədə məlumatlar həqiqəti əks etdirmir.

Hazırda kənd ərazisində və ətraf zonalarda yaşlı bir vətəndaşın tapılması istiqamətində planlı axtarış əməliyyatı həyata keçirilir".

Polis əməkdaşları və xilasedicilər yaşlı sakinin izini tapmaq üçün kənd ətrafındakı meşəlik və dağlıq əraziləri, eləcə də su hövzələrini yoxlayırlar.

Faktla bağlı araşdırma davam edir