Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının sayı artıb

Dec 7, 2024 - 16:48
 0  28
Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının sayı artıb

2023-cü ildə 24 375 nəfər sığınacaq üçün müraciət edib. 2023-cü ildə Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 12% artıb.

Bu barədə Avropa Komissiyasının "Vizaların dayandırılması mexanizmi" üzrə yeddinci hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə Gürcüstanın 3680 vətəndaşının Aİ-yə üzv dövlətlərə girişindən imtina edilib ki, bu da əvvəlki illə müqayisədə 8% azdır.

“2023-cü ildə Gürcüstan vətəndaşları tərəfindən Aİ-yə üzv ölkələrdə sığınacaq üçün müraciətlərin sayı 2022-ci illə müqayisədə 8% azalıb.

2023-cü ildə 24 375 nəfər sığınacaq üçün müraciət edib. 2023-cü ildə Gürcüstan vətəndaşlarının Aİ-yə üzv dövlətlərin sərhədlərini qanunsuz keçməsi ilə bağlı on fakt qeydə alınıb. Bundan əlavə, 2023-cü ildə Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 12% artıb”, - hesabatda deyilir.