Qanunsuz silah saxlama ittihamı ilə üç nəfər saxlanılıb

Feb 1, 2026 - 15:16
 0  21
Qanunsuz silah saxlama ittihamı ilə üç nəfər saxlanılıb

Odlu silah və sursatın qanunsuz olaraq əldə edilməsi və saxlanılması ittihamı ilə üç nəfər saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin yaşayış evlərində və köməkçi tikililərində aparılan axtarış zamanı iki odlu silah, bir revolver, 38 ədəd patron, daraq (maqazin) və kiçik kalibrli tüfəngi maddi sübut kimi götürüblər.

"İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 6 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur", — məlumatda qeyd olunub.