Qəzza faciəsi: İsrail 74 540 günahsız fələstinlini qətlə yetirib
İsrailin dinc Fələstin xalqına qarşı hərbi cinayətləri – kütləvi qətliamları və soyqırımı davam etməkdədir.
XEBER.GE xeber verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi qurbanların sayı ilə bağlı yenilənmiş statistikanı açıqlayıb.
Qeyd edilib ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri 74 540 günahsız qəzzalını qətlə yetirib, 175 678 nəfəri isə yaralayıb.
Həmçinin itkin düşən 10 minə yaxın Qəzza sakininin taleyindən hələ də xəbər yoxdur.
Qurbanların böyük əksəriyyətini uşaqlar və qadınlar, həmçinin yaşlılar təşkil edir.
mənbə: az.shafaqna.com